V-kodu olan müştərilərimiz "Mövcud müştəri kimi", V-kodu olmayan müştərilərimiz isə "Yeni müştəri kimi" sistemimizdə qeydiyyatdan keçə bilərlər.
Mövcud müştəri kimi qeydiyyatdan keçmək üçün, zəhmət olmasa, aşağıdakı addımları həyata keçirərdiniz:
1. Giriş səhifəsində "Qeydiyyat" düyməsini klikləyin,
2. "Mövcud müştəri kimi" panelindəki içində "Sizin müştəri kodunuz" yazısı olan qutuya Veysəloğlu müştəri kodunu daxil edin,
3. "Qeydiyyatdan keç" düyməsinə klikləyin,
4. Bu zaman sizə aid məlumatları əks etdirən səhifə açılacaq. Hansı məlumatın dəyişdirilməsinə ehtiyac varsa, onları dəyişdirin,
5. "Daxil ol" düyməsinə klikləyin.
Yeni müştəri kimi qeydiyyatdan keçmək üçün, zəhmət olmasa, aşağıdakı addımları həyata keçirərdiniz:
1. Giriş səhifəsində "Qeydiyyat" düyməsini klikləyin,
2. "Yeni müştəri kimi" panelinə keçin,
3. Bu paneldə sizdən tələb olunan məlumatları doldurun. Onu da qeyd edək ki, sonunda "*" (ulduz) işarəsi olan sətirlərin (Ad, Soyad, Obyektin Adı, Mobil telefon, e-mail, VÖEN, FİN, Şəxsiyyət vəsiqəsinin surəti) doldurulması zəruridir.
4. "Müraciət et" düyməsinə klikləyin.
İstifadəçi səhifənizə daxil olarkən zəhmət olmasa, "V-kodu" və "Şifrə"-nizi düzgün yazıb yazmadığınızı və klaviaturanızda "CAPS LOCK" funksiyasının aktiv olub-olmadığını yoxlayardınız. Digər hallarda isə zəhmət olmasa, aşağıdakı addımlara diqqət edərdiniz:
1. V-kodunuzu və şifrənizi yenidən daxil edin.
2. Müştəri xidmətləri ilə əlaqə saxlayın.
Zəhmət olmasa, saytın aşağı hissəsində yerləşən "Tərəfdaş ol" bölməsinə daxil olaraq məlumatlarınızı daxil edib, tələb olunan sənədlərinizi yükləyərək müraciətinizi bizə ünvanlayın. Eyni zamanda Online Satış Müqaviləsini *pdf formatında yükləyərək müqavilə şərtləri ilə də tanış ola bilərsiniz. Müştəri xidmətlərində çalışan əməkdaşımız 24 saat ərzində Sizinlə əlaqə saxlayacaqdır.
Hüquqi şəxslər üçün təqdim edilməli sənədlərin siyahısı aşağıdadır:
1. Qarşılıqlı imzalı və möhürlü alqı-satqı müqaviləsinin olması
2. ƏDV bildirişi
3. Direktorun şəxsiyyət vəsiqəsinin surəti
4. VÖEN-in surəti
5. Reyestrdən çıxarış
6. Bank rekvizitləri
Müştəri kodu(V-kodu) olan müştərilərə mövcud müştəri, müştəri kodu olmayan müştərilərə isə yeni müştəri deyilir.