Tariximiz
Əlverişli biznes şəraitinin olduğu və sosial-iqtisadi
inkişafın vüsət aldığı bir dönəmdə özəl sektorun yaranması ölkə iqtisadiyyatına
öz müsbət töhvəsini verməkdə idi.
1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış
“Veysəloğlu” satış və distribüter şirkəti ilk illərində yalnız Türkiyə
Respublikasından qida məhsullarının idxalı ilə məşğul olurdu. Düzgün hədəf,
düzgün seçim, düzgün qərar və birgə iş bu şirkəti uğurdan-uğura aparırdı.
Mehriban kollektiv və məsuliyyətli yanaşma qarşıya qoyulmuş hədəfləri dəf etməyə
yardımçı olurdu.
İldən-ilə inkişaf edərək, qısa müddət ərzində dövrün tələblərinə
uyğun müasir texnologiya ilə təchiz olunaraq geniş ticarət şəbəkəsi qurmuş
“Veysəloğlu” satış və distribüter şirkəti hazırda yüksək səviyyəli xidməti ilə
seçilən müasir ticarət holdinqinə çevrilib.
Şirkətimizin Bakı şəhərində yerləşən mərkəzi anbarı, Cənub
bölgəsini əhatə edən Salyan filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir
filialı fəaliyyət göstərməkdədir. Mərkəzdən uzaqda yerləşsələr də, hər iki
filial dövrün tələblərinə uyğun ən son texnoloji vasitələrlə təchiz olunub.
Məqsədimiz
Azərbaycan bazarında mövcud olan bütün ticarət nöqtələrinə
yüksək keyfiyyətli satış xidməti göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən
son və ən müasir vasitələrdən istifadə etmək əsas məqsədimizdir.
Fəaliyyətimiz çərçivəsində əməkdaşlıq etdiyimiz xarici
istehsalçılarla distribüterlik səviyyəsində çalışırıq. Şirkətimizin müasir
anbar infrastrukturuna malik olması və dünyanın 100-dən çox aparıcı
istehsalçılarının distribüterliyini həyata keçirməsi inkişafımıza daima təkan
verir. Şirkətin qarşıya qoyduğu əsas məqsəd həmçinin hazırda respublikamızda
mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli xidmət göstərmək, alıcı
rəğbəti qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etməkdir.
Bunun nəticəsi olaraq satışını təşkil etdiyimiz məhsullara olan tələbatın artması nəticəsində son illərdə şirkətdə çalışanların sayı sürətlə çoxalıb. Şirkətimizin təqribən 80%-i gənclərdən ibarətdir. Çox sevindirici haldır ki, “Veysəloğlu”nun bir çox vəzifəli şəxsləri vaxtı ilə bu şirkətdə sıravi işdə çalışmış insanlardır. Bunun daxili nizam-intizam, motivasiya, ədalətlilik və çalışqanlığın göstəricisi olduğunu cəsarətlə deyə bilərik. Bütün bunlar isə nəticədə düzgün satış komandasının formalaşmasına, inkişaf etməsinə ciddi təsir göstərən amillərdir.
Məmnuniyyət
Müştərilərimizi və əməkdaşlarımızı dinləyərək yaranan
problemləri ən qısa zamanda həll etməklə məmnuniyyətlərini təmin etmək ilk
işimizdir.
Liderlik
Təşkilati strukturun hansı səviyyəsində çalışılmasından
asılı olmayaraq, məsuliyyətini daşıdğımız işlərin liderliyini öhdəmizə götürür,
işimizi sahiblənirik.
Nümunəvi
olmaq
Biz inandığımız dəyərlərimizi yaşatmaqla, inkişafımız və
peşəkar fəaliyyətimiz, davranışlarımız, təqdim etdiyimiz məhsul və xidmətlərimizlə
nümunəvi olmağı özümüzə vəzifə bilirik.
Ədalət
İşçilərimizlə, partnyorlarımızla münasibətlərimizdə
qarşılıqlı ədaləti korporativ uğurun ən önəmli şərti olaraq görürük. Hər kəsə
qarşı hər zaman ədalətli olmaq, ədalətli addım atmaq, ədalətli yanaşmaq,
problemləri ədalətli həll etmək bizim əsas prinsipimizdir.
Birlik - Bütövlük - Bağlılıq
Eyni hədəf üçün tək komanda olaraq çalışırıq. Bizim
uğurumuz şirkətimizin uğuru, şirkətimizin uğuru hamımızın uğurudur. Şirkətimizə
bağlıyıq və ondan güc alırıq.
Yenilikçilik
Gücümüzü yenilikçiliyimizdən və yaradıcılığımızdan alırıq.
Tənqidə açığıq, fərqli fikirlərə önəm verir və inkişafa yol açırıq.
Missiyamız
Şirkətimiz peşəkar satış komandasından, təcrübəli
marketoloqlardan, yerli və xarici universitetlərdə təhsil almış savadlı, təcrübəli
mütəxəssislərdən ibarət bir kollektiv ilə daima inkişafa doğru addımlayır.
Müştərilərə keyfiyyətli xidmət göstərmək, həmçinin xidmət
nöqtələrində olan əməkdaşlarımızın müştərilərlə yüksək səviyyədə işini təşkil
etmək üçün əl terminalları vasitəsi ilə onlayn olaraq məlumat mübadiləsi
aparılır. Alınan sifarişlər tez bir zamanda müştərilərimizə çatdırılır.
Missiyamız Azərbaycan bazarında mövcud olan bütün ticarət
nöqtələrinə yüksək səviyyəli satış xidməti göstərməkdir. Yarandığı ilk gündən
uğurlu və xeyirxah bir yolda cəsarətli addımlar atan “Veysəloğlu” Şirkətlər
Qrupu bundan sonra da qarşıya qoyduğu məqsədə doğru inamla gedəcək və Azərbaycan
iqtisadiyyatına öz təkrarsız töhvəsini verəcəkdir. Necə deyərlər, hələ qarşıda
nə qədər keçiləsi yol, açılası səhər var. Axı “Veysəloğlu” Şirkətlər Qrupu bu
günlə bərabər, həm də sabahın, gələcəyin şirkətidir.
İstehsalat
“Veysəloğlu” Şirkətlər Qrupu əlverişli iqtisadi mühit şəraitində
daha da inkişaf edərək özünün istehsalat sahələrini yaradıb. Şirkət insan
amilinə önəm verərək 2001-ci ildən etibarən şokolad və karamel istehsalına
başlayıb. Qrupumuza daxil olan “Ulduz” şokolad fabrikinin fəaliyyətə başlaması
respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına güclü
təkan verdi. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti
sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi.
Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif
edən fabrikdə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb.
Müəssisəmizdə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi
“Ulduz” şokolad fabrikini qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə
çevirib.
İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənib, fabrikdə yeni müasir avadanlıqlar quraşdırılıb. Tamamilə avtomatlaşdırılmış müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılıb və fabrikdə dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək modern iş şəraiti qurulub.